Müdafiə Nazirliyi açıqlama yaydı

ÖLKƏ
17:59
6 Avqust 2021
1255

“Etimadını itirmiş Ermənistan müdafiə nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır”.

Sabah.az xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edir:

“Guya dövlət sərhədi yaxınlığında törənən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır. Bildirir ki, bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan Ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədi ilə atəş açılır”.

Xəbər lenti