Rafael Ağayev Olimpiya ikincisi oldu - Yenilənib
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sabah.az xəbər verir ki, 5 qat dünya, 11 qat Avropa çempionu olan idmançımız qrupda keçirdiyi 4 döyüşdən 3-də qalib gələrək ikinci yerin sahibi kimi yarımfinala yüksəlib.
Burada o, Karol Harspataki (Macarıstan) ilə qarşılaşıb. Harspataki Avropa Oyunlarının (2019) bürünc mükafatçısıdır. O, Avropa çempionatında gümüş (2018) və bürünc (2017) medal da qazanıb. R.Ağayev 7:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib.
Onun rəqibi Ukrayna idmançısı Stanislav Horunaya qalib gələn Luici Busa (İtaliya) olub. O, ikiqat dünya, beşqat Avropa çempionudur. Ağayev 2015-ci ildə Bakıdakı Avropa Oyunlarının finalında Busaya qalib gəlib. Tokio-2020-dəki qrup matçından isə idmançımız Busaya uduzub (1:3).
***
Budəfəki finalda Rafael 0:1 hesabı ilə uduzaraq Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Daha çox