Toy qaydalarını pozan şəxslər cərimələndi - Video

ÖLKƏ
13:24
6 Avqust 2021
771

Goranboyda  toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qaradağlı və Qazanbulaq kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və  mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Xəbər lenti