Ermənistan mövqelərimizi atəşə tutdu

ÖLKƏ
11:26
6 Avqust 2021
1358

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Sabah.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xəbər lenti