13 yaşlı qız özünü dördüncü mərtəbədən atdı

HADİSƏ
09:54
6 Avqust 2021
1487

Bakıda 13 yaşlı yeniyetmə qız ağır bədən xəsarətləri alıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

2008-ci il təvəllüdlü A.V. özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

Yaralı ağır vəziyyətdə təcili yardımın köməyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozları qoyulub.

Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər lenti