Evində “patı” və heroin aşkarlanan keçmiş məhkum saxlanıldı

XƏBƏR
09:22
6 Avqust 2021
1333

Beyləqanda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Birinci Şahsevən kənd sakini, əvvəllər məhkum olunmuş Rövşən Qabilov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman iki büküm “patı” adlanan psixotrop maddə - metamfetamin, dörd bükümdə çəkisi 19 qramdan artıq heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti