Oğul atasını yumruqla vurub öldürdü - Şirvanda dəhşət

HADİSƏ
22:43
11 Mart 2020
157

Şirvanda qətl törədilib, oğul atasını öldürüb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş verib.

43 yaşlı Xanışov Elşən Zeynal oğlu atası 1949-cu il təvəllüdlü Xanışov Zeynal Əsgərxan oğlu ilə mübahisə edib. Bu zaman E.Xanışov atasını yumruq zərbəsi ilə vuraraq qətlə yetirib.

Oğul saxlanılıb. Z.Xanışoviun meyiti isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Hazırda faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti