“Kubinka”da gənclərə narkotik satan şəxs saxlanıldı - Video

XƏBƏR
17:45
5 Avqust 2021
894

Bakı şəhərində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər tutulub.

Əməliyyat zamanı əvvəlcə məhkum olunmuş Abbas Musayev və Mirzə Səfərov saxlanılıblar. Onların üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilib.
Araşdırma zamanı bu şəxslərin metamfetamini “Kubinka” adllanan ərazidə narkotik maddələrin satışı ilə məşğul olan Bibiqulu adlı şəxsdən aldıqları məlum olub. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şabran rayon sakini olan Bibiqulu Əzməmmədov da tutulub. Bu şəxsdən isə satmaq məqsədi ilə əldə etdiyi 5 büküm heroin və metamfetamin aşkar edilib. Bibiqulu Əzməmmədov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Xəbər lenti