Göyçayda toy təşkilatçıları cərimələndi

XƏBƏR
16:38
5 Avqust 2021
758

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qaraxıdır kəndində Teymur Həmidov və Dəyanət Səlimova məxsus evlərdə keçirilən toy mərasimlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı həmin şəxslər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Xəbər lenti