Bakıda 40 dərəcə isti olacaq

ÖLKƏ
12:58
5 Avqust 2021
839

Azərbaycanda avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27, gündüz 34-39, bəzi yerlərdə 40, Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65, gündüz 25-30 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman müşahidə ediləcək.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 36-41, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında havada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbər lenti