FHN-in növbəti yanğın-xilasetmə qrupu Türkiyəyə yola düşdü - Fotolar

GÜNDƏM
11:40
5 Avqust 2021
1461

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.

Sabah.az Azərtac-a istinadən xəbər verir ki, yardım karvanı Bakı vaxtı ilə saat 11:00 da yola çıxıb.

Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 160 nəfər yanğınsöndürən daxildir.

Qrupun üzvlərini FHN-in Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov yola salıb, onlara müvafiq tapşırıqlar verib.