Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni təyinat

XƏBƏR
10:21
5 Avqust 2021
804

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) yeni müavin təyin edilib.

Sabah.az xəbər verir ki, bu barədə DANX-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat yayıb.

Yeni təyinat alan Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub.

O, 2018-ci ildən UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin olunub. Buna qədər müxtəlif nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildə isə ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Xəbər lenti