Narkotiklə tutulan gəncin başqa cinayətlərinin üstü açıldı
Bərdədə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 30 yaşlı Samir Kamranzadə saxlanılıb.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.
S.Kamranzadənin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun cari ilin iyun-avqust aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən məişət əşyaları və dörd avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.
S.Kamranzadə barəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Daha çox