Qaydaları pozan şadlıq evi 4 min manat cərimələndi

ÖLKƏ
09:02
5 Avqust 2021
1401

Daşkəsəndə karantin qaydalarını pozan şadlıq evi 4000 manat cərimələnib.

Sabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumatda bildirilib ki, rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Aparılan yoxlamalar zamanı “Elnur” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonaq iştirak etməsi müəyyən olunub.

Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimələnib.

Xəbər lenti