Etibar Mirzəyev FHN-çilərlə görüşüb əməliyyat göstərişləri verdi - Video

GÜNDƏM
12:29
4 Avqust 2021
1480

Ötən gün FHN-in ikinci qrupu təyinat məntəqəsinə doğru irəliləyərkən Dənizli bölgəsində meşədə qəfil yanğın ocaqlarının yaranması və ətraf ərazilər üçün ciddi təhlükə törətməsi müşahidə edilib. Bu səbəbdən dərhal qrupun hərəkət istiqamətinin dəyişdirilərək operativ qaydada Dənizli istiqamətinə yönəldilməsi qərara alınıb.

Sabah.az Axar.az-a istinadən xəbər verir ki, Dənizlidə yaranmış yanğın ocaqlarına çevik müdaxilə edən yanğın-xilasetmə qrupumuz hazırda həmin ərazidə yanğınların söndürülməsi əməliyyatlarını icra edir.

Ərazidə qüvvələrin fəaliyyətinin koordinasiya edilməsi və qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Dənizlidədir.

General Etibar Mirzəyev FHN-çilərin digər qrupu ilə görüşüb, əməliyyat göstərişlərini verib.

Bundan əlavə, Dənizli şəhərində olan Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev burada yerləşən Ortaq Böhran Mərkəzində Türkiyə tərəfi ilə ilkin dəyərləndirmələri aparıb.

Xəbər lenti