Keçmiş məhkum heroinlə saxlanıldı
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Abdullayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb, evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Daha çox