Güləşçimiz erməniyə qalib gəldi - Bürünc medal qazandı

İDMAN
15:15
3 Avqust 2021
1021

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq.) bu gün Tokio-2020-də təsəlliverici görüşə çıxıb.

Sabah.az xəbər verir ki, o, Tunis təmsilçisi Lamyed Maafi ilə qarşılaşıb və 11:1 hesablı qələbə qazanıb.

Beləliklə, Hüseynov bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla üz-üzə gəlib. İdmançımız qalib gələrək (4:1) bürünc medal qazanıb.

Bu, Azərbaycanın Tokio-2020-də üçüncü bürünc medalı, güləşçilərimizin isə birinci medalı olub.

Xəbər lenti