Qadın evdən 20 minlik qızıl və pul oğurladı
Bakıda mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai rayonu ərazisindəki evlərin birindən 4800 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Qocayeva müəyyən edilərək saxlanılıb.
Daha çox