General-leytenant Etibar Mirzəyev yanğınla bağlı Türkiyəyə getdi

GÜNDƏM
12:05
2 Avqust 2021
1903

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nümayəndə heyəti yanğınlarla bağlı Türkiyəyə gedib.

Sabah.az xəbər verir ki,  bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.

FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.

Xəbər lenti