Azərbaycanda biznesmen intihar etdi

HADİSƏ
20:16
11 Mart 2020
153

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Sabah.az Publika.az-a istinadən xəbər verir ki, rayonun 1973-cü il təvəllüdlü İsrafilov Siyavuş Kamal oğlu bu gün səhər saatlarında Göyçay şəhərindən rayonun Çərəkə kəndinə gələrək atasına məxsus olan və heç kimin yaşamadığı evin talvarından özünü asıb.

Məlumata görə, o avtomobilini Göyçayda qoyaraq başqa maşınla kəndə gəlib. Ondan xəbər ala bilməyən yaxınları kimsənin yaşamadığı evə gəldikdə S.İsrafilovun özünü asaraq intihar etdiyini görüblər.

Bildirilir ki, S.İsrafioluv əvvəllər ticarətlə məşğul olub və bir neçə mağazası olub. Daha sonra mağazaları satmağa məcbur olan iş adamı kiçik yağ-pendir sexi açıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti