“Roma”nı İspaniyaya buraxmadılar - Virusa görə

İDMAN
20:01
11 Mart 2020
115

Sabah Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Sevilya" ilə qarşılaşmalı olan  "Roma" İspaniyaya gedə bilməyib.

Sabah.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

İspaniya hökumətinin koronavirusa görə İtaliyadan gələn təyyarələrə eniş icazəsi vermədiyinə görə səfər baş tutmayıb.

Qeyd edək ki, "Sevilya" - "Roma" oyunu Bakı vaxtı ilə 21:55-də start götürməlidir.

Xəbər lenti