Restoran sahibi 10 günlük həbs edildi

XƏBƏR
11:33
31 İyul 2021
892

Qusarda keçirilən tədbirlərlə “Ladera” adlı istirahət mərkəzində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan istirahət mərkəzində qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi Abdul Hüseynovu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 10 gün inzibati həbs edib.

Xəbər lenti