Ən yüksək balı topladılar

ÖLKƏ
09:49
31 İyul 2021
1545

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iyulun 30-da tarix və coğrafiya fənləri üzrə imtahanlar keçirilib.

Sabah.az xəbər verir ki, Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib ki, imtahanlara ümumilikdə 3 min 63 namizəd dəvət olunub.

Coğrafiya fənni üzrə ən yüksək balı – 58 Leyla Əsgərli, tarix fənni üzrə isə Zahid Qasımov və Sadiq Rzayev - 57 bal toplayıb.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.

Xəbər lenti