Azərbaycan Tokio-2020-də ilk medalını qazandı - Yenilənib
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sabah.az xəbər verir ki, milliləşdirilmiş ukraynalı idmançı +78 kq çəkidə yarışır.
O, ilk görüşünü 1/8 finalda Bosniya və Herseqovina cüdoçusu Larisa Tseriçə qarşı keçirib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. Bu mərhələ onun rəqibi Cənubi Koreya idmançısı Mi Jin Han olub. O, bu görüşdə də ipponla qalib gələrək yarımfinala yüksəlib.
***
Xanım idmançımız yarımfinalda yaponiyalı Akira Sone ilə üz-üzə gəlib. Rəqibinə ipponla məğlub olan Kindzerska bürünc medal uğrunda görüşə qatılacaq. Rəqib isə çinli Şiyan Xu olacaq.
***
Kindzerska bürünc medal uğrunda görüşdə çinli Şiyan Xu ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kindzerska bürünc medal qazanıb.
Bu, Azərbaycan yığmasının Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalı olub.
Daha çox