Onlar qəbul imtahanlarında 650-dən çox bal toplayıblar

ÖLKƏ
12:55
29 İyul 2021
1268

Qəbul imtahanlarında maksimum nəticə göstərmiş paytaxt məktəbliləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

Sabah.az xəbər verir ki, 14-15 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbin şagirdi Mirsaleh Məmmədov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. İmtahanın I mərhələsində 271 bal yığan məzun hər iki mərhələnin cəminə görə 671 bal toplayıb.

Qeyd edək ki, M.Məmmədov 2019-cu ildə keçirilən Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə III yeri tutub. 2021-ci ildə isə II yerə layiq görülərək Avropa Coğrafiya Olimpiadasına vəsiqə qazanıb.

III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə Bakı şəhəri 323 nömrəli tam orta məktəbin şagirdi Aygün Mahmudlu göstərib. II mərhələdə 396,2 bal toplayan məktəbli hər iki mərhələnin cəminə görə 657 bal toplayıb.

Xəbər lenti