Keçmiş məhkum “patı” ilə saxlanıldı

XƏBƏR
10:48
29 İyul 2021
683

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “patı” kimi tanınan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.

Sabah.az xəbər verir ki, DİN Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin daşımaqda şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Raman Ziyadxanlı saxlanılıb.

Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.