Ermənilər Kəlbəcərdə mövqelərimizə 12 F-1 qumbarası atdı

ÖLKƏ
09:02
29 İyul 2021
982

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub:

“Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə qeyd olunub.

Xəbər lenti