OPEC bu il üçün Azərbaycanda neft hasilatı proqnozuna dəyişiklik edib

İQTİSADİYYAT
19:10
11 Mart 2020
86

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, OPEC-in mart ayı üzrə hesabatına görə, bu il Azərbaycanda gündəlik neft hasilatı 10 min barel azalacaq. Yeni proqnoza görə, 2020-ci ildə ölkədə gündəlik neft hasilatı təxminən 770 min barel təşkil edəcək.

Qeyd edək ki, OPEC-in öncəki hesabatında bu il Azərbaycanda gündəlik neft hasilatının 10 min barel artacağı və 800 min barel olacağı qeyd edilmişdi.

Hesabatda qeyd edilib ki, ötən il ərzində Azərbaycanda ortalama neft hasilatı 20 min barel azalaraq 790 min barel təşkil edib.

Xəbər lenti