Koronavirusun əlindən dad edən şirkətlər - Siyahı
Çində həyatı dayandıran koronavirus səbəbiylə nəhəng şirkətlər mağazalarını bağlamağa başlayıb. Pərakəndə satışda ciddi azalmaların olduğu açıqlanıb.
Sabah.az xəbər verir ki, dünyanın ən böyük iqtisadi liderlərindən olan Çin, koronavirus ilə mübarizə apararkən, ciddi çətinliklərlə üz-üzə qalıb.
Ticarətin zəiflədiyi və uçuşların dayandırıldığı Çində nəhəng markalar koronavirus və satışların azalması ilə əlaqədar bəzi filiallarını müvəqqəti bağlamaq məcburiyyətində qalıblar.
"Versace", "Jimmy Choo", "Michael Kors", "Nike", "Adidas" kimi dünyanın nəhəng moda və geyim markaları Çində əhalinin qorunması üçün görülən tədbirlərdən narazıdırlar. Belə ki, virus səbəbiylə vətəndaşların evlərini tərk etməməsi pərakəndə satış sektoruna zərbə vurur.
"Nike" Çindəki mağazalarının yarısını, "Adidas" isə bəzi böyük mağazalarını bağlamaq məcburiyyətində qalıb. Qalan filiallarda mağazaların müəyyən saatlarda açıq saxlanıldığı və daha az müştərinin mağazaya baş çəkdiyi müşahidə edilir.
Satış Çindəki inkişaf və əhalinin çox olması səbəbindən yüksəkdir. Bu səbəbdən "Nike" son rübdə satışlarının 18 fazini məhz Çində reallaşdırmışdı.
Ziyan çəkən brendlər arasında "Starbuck" da yer alır ki, keçən həftə koronavirus səbəbiylə 4300 mağazasının yarısından çoxunu bağladığını açıqlayıb. Əlverişsiz gedişat səbəbindən şirkətin bölgədəki qazancının da azalacağı gözlənilir.
Hava yolları şirkətləri uçuşlarını ləğv edib. Koronavirusun digər ölkələrə yayılmasının qarşısını almaq üçün hava yolları şirkətləri Çinə gediş-gəlişi müvəqqəti dayandırmağı qərara alıb. "Amerika Hava Yolları" 27 marta qədər, "Delta Hava Yolları" isə 30 aprelə qədər uçuşlarını dayandırıb. "Cathay Pacific" müştərilərin Çinə uçuşlarının 90 faiz azaldığını elan edib.
Koronavirus əyləncə sənayesindən də yan ötməyib. Koronavirusun təsirinin ilk rübdən "Disney"in balans hesabatlarında göründüyü bildirilir. "Disney" həmçinin Çindəki bəzi əməliyyatları koronavirus səbəbiylə dayandırıb.
Şirkətin Şanxay parkındakı bölməsinin gəlirləri iki ay bağlı qalma səbəbilə bu rübdə təxminən 135 milyon dollar azala biləcəyi açıqlanıb.
Daha çox