Dünən 2500-ə yaxın şəxs toya buraxılmayıb

ÖLKƏ
12:13
28 İyul 2021
1089

Dünən toylarda keçirilən yoxlamalar zamanı 2500-ə yaxın şəxs COVID-19 pasportu olmadan şadlıq sarayına girməyə çalışsa da, onlar zala buraxılmayıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 27-də Bakı şəhərində və respublika ərazisində 295 toy şənliyinin monitorinqi həyata keçirilib.

Monitorinq 211 şadlıq sarayında, 84 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 120 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2476 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xəbər lenti