Şəhidin bank kartından 4000 manata yaxın pul oğurlandı

ÖLKƏ
11:51
28 İyul 2021
653

Bakıda şəhidin bank kartından 4 min manata yaxın pul oğurlayan şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 26-da polisə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari ilin fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

Oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti