Şahin Mustafayevə yeni vəzifə verildi

ÖLKƏ
18:37
11 Mart 2020
73

“Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” sərəncamda dəyişiklik edilib.

Sabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qərara əsasən Komissiyanın tərkibi aşağıdakı kimi dəyişdirilib:

“Komissiyanın sədri
Şahin Mustafayev − Azərbaycan Respublikası Baş Nazirinin müavini

Komissiyanın üzvləri
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti.”.

Xəbər lenti