Minatəmizləmə Agentliyinin əməkdaşı minaya düşdü

XƏBƏR
15:02
27 İyul 2021
587

Cəbrayıl rayonunda Minatəmizləmə Agentliyinin əməkdaşı minaya düşüb.

Sabah.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, iyulun 27-də  partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Minatəmizləmə Agentliyinin əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşüb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti