“Hannover”in futbolçusunda koronavirus aşkarlandı

İDMAN
18:24
11 Mart 2020
70

Almaniyanın "Hannover" klubunun futbolçusu Timo Hübersdə koronavirus aşkarlanıb.

Sabah.az xəbər verir ki, 2-ci Bundesliqa klubunun saytı 23 yaşlı müdafiəçinin testlərinin müsbət nəticə verdiyini açıqlayıb. Epidemiya alman futbolçuya yaxın dostundan keçib.

Qeyd edək ki, Hübers bu mövsüm 2-ci Bundesliqada 3 oyun keçirib, 1 qol vurub.

Xəbər lenti