Satıcının yatdığını görüb kassadan oğurluq etdi - Video

HADİSƏ
12:11
27 İyul 2021
564

Bakıda satıcının yatmasından istifadə edərək kassadan oğurluq edən şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib.

Naməlum şəxs marketə daxil olub satıcının yatmasından istifadə edərək kassada olan pulları oğurlayıb və daha sonra hadisə yerindən yayınıb. Oğurluq edən şəxsin mağazaya daxil olması və kassadan oğurluq etməsi obyektin təhlükəsizlik kameraları vasitə ilə də lentə alınıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Babayev saxlanılıb. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti