2 mindən çox qonaq toylara buraxılmadı

ÖLKƏ
11:17
27 İyul 2021
557

Dünən Bakıda COVID-19 pasportu olmayan 2 mindən çox şəxs toya buraxılmayıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 26-da Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqi həyata keçirilib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

- 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2218 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Xəbər lenti