Səhhətinə görə vaksin oluna bilməyənlər nə edəcək?
Prezidentin köməkçisi Şahmar Mövsümov səhhətinə görə vaksin olunmayan şəxslərin COVID-19 pasportunun tələb olunduğu yerlərdən necə istifadə edəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Sabah.az xəbər verir ki, Ş.Mövsümov bildirib ki, süd verən analar, hamilələr, ümumiyyətlə əks göstərişləri olan şəxslər üçün əks-göstəriş sertifikatının hazırlanması nəzərdə tutulur:
“Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq, əgər doğrudan da, onlara vaksin vurdurmaq olmazsa, həmin şəxslərə QR kodu olan əks- göstəriş sertifikatı veriləcək”.
Daha çox