“Ailə qurmaq istəyənlərə peyvənd tövsiyə olunur”

ÖLKƏ
15:25
26 İyul 2021
926

“Bu günə qədər ölkədə vurulan vaksinlərdən ciddi əks-təsir müşahidə olunmayıb”.

Sabah.az xəbər verir ki, bunu brifinqdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.

“Dünya praktikasına uyğun olaraq yeni ailə qurmamışdan öncə, uşaq planlaşdırılandan öncə ümumi olaraq virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur. Çünki, sonra hamiləlik dönəmində hər hansı gənc xanımın virusa yoluxması uşağın, dölün inkişafına çətinliklər yaradacaq bir şeylərdir. Ona görə də bunları düşünüb öncədən nəzərə almaq tibbi tərəfdən daha doğrudur”.

Xəbər lenti