Şəhid polkovnik İlqar Mirzəyevin oğlu əsgərliyə getdi - Fotolar

ÖLKƏ
12:08
26 İyul 2021
1233

Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev bu gün hərbi xidmətə yola düşüb.

Sabah.az xəbər verir ki, E.Mirzəyev bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsindən yola salınıb.

Onu yola salmağa gələnlər arasında yaxınları, dostları və aparıcı Hacı Nuran Hüseynov da yer alıb.

Fotolar: İlqam Cəbiyev

Xəbər lenti