Bu yollarda tıxac var - Siyahı

ÖLKƏ
09:28
26 İyul 2021
717

Hazırda yollardakı vəziyyət açıqlanıb.

Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, aşağıdakı yollarda sıxlıq müşahidə olunur:

- Bakı-Sumqayıt şossesində (Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində) çox güclü sıxlıq müşahidə olunur);

- Tbilisi prospekti - əsas yol və köməkçi yolda (20 Yanvar dairəsindən başlayaraq əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıq;

- Qara Qarayev prospekti - əsas yol və köməkçi yolda (Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində) sıxlıq;

- Babək prospektində (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda, Heydər Əliyev prospekti istiqaməti) sıxlıq;

- Alı Mustafayev küçəsi - əsas yolda (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən sıxlıq.

Xəbər lenti