Fəttah Heydərov bu komissiyanın sədri oldu

ÖLKƏ
16:25
11 Mart 2020
35

Milli Məclisin Hesablayıcı Komissiyasının sədri məlum olub.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, üzvlərdən Fəttah Heydərov komissiyanın sədri, Mixail Zabelin isə katibi seçilib.

Qeyd edək ki, parlamentin yeni sədrinin qərarına əsasən, Hesablayıcı Komissiyada 7 nəfər deputat təmsil olunacaq. Bunlar Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Fəttah Heydərov, Sevinc Hüseynova, Sədaqət Vəliyeva və Mixail Zabelindir.

Xəbər lenti