Hazırda tıxac olan yolların - Siyahısı

ÖLKƏ
09:27
23 İyul 2021
822

Hazırda yollardakı vəziyyət açıqlanıb.

Sabah.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu yollarda tıxac müşahidə olunur:

1. Bakı-Sumqayıt şossesi (Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur);

2. Binəqədi şosesində (Əsasən, Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq;

3. Ziya Bünyadov prospektində (Əsasən Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq əsas yol, 20 Yanvar dairəsi istiqamətində) sıxlıq;

4. Tbilisi prospekti- əsas yol və köməkçi yolda (20 Yanvar dairəsindən başlayaraq əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıq;

5. Üzeyir Hacıbəyli küçəsində (Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində) nisbətən sıxlıq;

6. Yavər Əliyev küçəsində (Aeroport şossesinə çıxan yol) sıxlıq;

7. Zabrat şosesində (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra,Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;

8. Mikayıl Əliyev küçəsində (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində) sıxlıq.

Xəbər lenti