İranda koronavirusdan ölənlərin sayı artdı

XƏBƏR
14:59
11 Mart 2020
117

İranda ötən sutka ərzində koronavirusdan ölənlərin sayı 63 nəfər artaraq 354-ə çatıb.

Sabah.az xəbər verir ki, İranda koronavirusa yoluxma hallarının sayı 9 min nəfəri keçib, bu günə qədər sağalanların sayı isə 2 959 nəfərdir.

İran prezidenti Həsən Ruhani xalqı yeni növ koronavirus (Covid-19) epidemiyasını ciddiyə almağa, lakin bundan irəli gələn qorxu ilə yalan informasiyalara inanmağa çağırıb.

Xəbər lenti