İlham Əliyev Naftalana getdi - Yenilənib

ÖLKƏ
16:04
22 İyul 2021
768

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub.

Sabah.az xəbər verir ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Prezident İlham Əliyev Naftalan şəhər hava limanı ilə tanış olub.

Dövlət başçısına hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.

***

Prezident İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.

Dövlət başçısına sanatoriya haqqında məlumat verilib. Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.

***

Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Xəbər lenti