Tikinti şirkətinin iki əməkdaşı Xocalıda minaya düşdü

ÖLKƏ
10:56
22 İyul 2021
860

İyulun 21-də saat 23 radələrində 2 nəfər Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşüb.

Sabah.az xəbər verir ki, bu barədə Xocalı Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları - Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər lenti