Qubada oğul atasını avtomobillə vuraraq öldürdü

ÖLKƏ
16:24
21 İyul 2021
1123

Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi “Ford” markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti