Xocavənddə yeni hərbi hissələr açıldı - Fotolar+Video

ÖLKƏ
14:27
21 İyul 2021
1180

Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də, şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocavənd rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli iki yeni hərbi hissə istifadəyə verilib.

Qeyd edək ki, komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Hərbi birlik komandiri, general-mayor Mais Bərxudarov yeni hərbi hissələrin açılışı və Qurban bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Xəbər lenti