Su kanalında 23 yaşlı oğlanın meyiti tapıldı

XƏBƏR
13:36
21 İyul 2021
697

Samur-Abşeron su kanalının Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər suda batıb.

Sabah.az xəbər verir ki, FHN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarış işlərinə başlayıblar.

Nəticədə 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti