“Neftçi” “Olimpiakos”a qarşı
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Sabah.az xəbər verir ki, Azərbaycan çempionu olan “Neftçi” Yunanıstan səfərində “Olimpiakos”un qonağı olacaq.
Portuqaliyalı referi Joao Pinyeyrunun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Malmö” (İsveç) - HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.
21 iyul
Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
23:00.“Olimpiakos” (Yunanıstan) - “Neftçi” (Azərbaycan)
Baş hakim: Joao Pinyeyru (Portuqaliya)
Pirey, “Georgios Karaiskakis” stadionu.
Daha çox