“Patı” satanlar saxlanıldı

XƏBƏR
15:43
20 İyul 2021
717

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan üç nəfər şəxs saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Nurlan Qədirli, Pərviz Qəmbərov və Gülnar Ağayeva olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti